Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Penitensiar xidmət əməkdaşının peşəkarlığı fövqəladə hallara hazır olmaqla da ölçülür

Penitensiar xidmət əməkdaşının peşəkarlığı fövqəladə hallara hazır olmaqla da ölçülür


"Penitensiar xidmət əməkdaşının peşəkarlığı fövqəladə hallara hazır olmaqla da ölçülür. Qiyam, kütləvi itaətsizlik, yanğın, özünə xəsarət, məhkumlar arasında qarşıdurma kimi hallarda qanunla təsbit edilmiş davranış protokolları mövcuddur. Hər bir əməkdaş bu qaydaları həm nəzəri, həm də praktik cəhətdən bilməli, təlimlərdə və hazırlıq proseslərində aktiv iştirak etməlidir".

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, qanunvericilik bu hallarda tətbiq ediləcək tədbirlərin ardıcıllığını, güc tətbiqinin sərhədlərini və insan hüquqlarının pozulmaması şərtlərini aydın şəkildə müəyyən edir:

"Zəruri müdafiə, təhlükənin aradan qaldırılması və obyektin qorunması çərçivəsində göstərilən xidmət yüksək peşəkarlıq tələb edir. İnsan hüquqlarına hörmət penitensiar sistemin əsas prinsiplərindən biridir. Məhkumun cəzası yalnız məhkəmə hökmü ilə müəyyən edilir, bu sərhəddən kənar heç bir mənəvi və ya fiziki təzyiq, qeyri-insani davranış və ya alçaltma hallarına yol verilmir. Məhkumların qida, tibbi yardım, görüş, məktub, telefon, müdafiə hüququ, şəxsi müraciət hüququ qanunla qorunur və əməkdaşın vəzifəsi bu hüquqların qanun çərçivəsində təmin olunmasına nəzarət etməkdir. Eyni zamanda, məhkum da intizam və rejim qaydalarına əməl etməli, qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirməlidir".

Süleyman
Xəbəri paylaş