
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərdəndir.
Newscenter.az İdarəyə istinadən bildirir ki, bu baxımdan qanunvericiliyə uyğun olaraq BŞTİ-də vətəndaşların qəbulu müvafiq qrafik üzrə həyata keçirilir.
Həmçinin BŞTİ-də 146-1 nömrəli Çağrı Mərkəzi fəaliyyət göstərir. Çağrı Mərkəzinin fəaliyyətinin əsas məqsədi vətəndaşlara operativ əlaqə imkanının yaradılması, vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.
Ruhiyyə Mehdiyeva










































