Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Forum Azərbaycan QHT-ləri üçün böyük imkanlar yaradacaq

Forum Azərbaycan QHT-ləri üçün böyük imkanlar yaradacaq

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin ilk Həmrəylik Forumunun ölkəmizdə keçirilməsini Azərbaycanın TDT-də humanitar liderliyinin güclənməsi kimi də xarakterizə etmək olar. Azərbaycan forumun təşəbbüskarı və ev sahibi kimi TDT daxilində vətəndaş cəmiyyəti xəttinin əsas formalaşdırıcısı olur. Bu isə Azərbaycanın təşkilat daxilində yumşaq gücünü artırır, vətəndaş cəmiyyəti sektorunda koordinasiyaçı dövlət statusunu gücləndirir".

Bu fikirləri Newscenter.az "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Bakıda keçirilən Həmrəylik Forumunun nəticələrini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, bu kimi təşəbbüslərin irəli sürülməsi və reallaşması onu deməyə əsas verir ki, Azərbaycan regional siyasətdə rolunu yalnız enerji və təhlükəsizlik sahələri ilə məhdudlaşdırmır, paralel olaraq humanitar müstəvidə də fəaliyyətini genişləndirir:

"Bu həm də Qarabağın bərpasına beynəlxalq QHT dəstəyi deməkdir. Forum vasitəsilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və reinteqrasiya proqramları türk dünyası QHT-lərinin gündəminə daxil olur. Forumdaki panel müzakirələrdən birinin məhz Zəngəzur dəhlizinə həsr olunması bu mənada təsadüfi deyildi. Hesab edirəm ki, forumun nəticəsi olaraq regiona humanitar missiyalar, sosial dəstək layihələri, ekoloji proqramlar cəlb oluna bilər".

Akif Kərimov onu da qeyd edib ki, forum Azərbaycanın QHT-lərinə türk dünyasında təcrübə mübadiləsi, birgə layihələrə çıxış, qrant şəbəkələrinin genişlənməsi, eegion ölkələri ilə tərəfdaşlıq imkanları yaradır:

"Bu, xüsusilə sosial, gənclər, ekoloji, humanitar sahədə çalışan Azərbaycan QHT-ləri üçün böyük imkan yaradır. Nəticə etibarilə Azərbaycanın QHT-ləri regional aktor statusu qazanır".

Süleyman
Xəbəri paylaş