Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcər Şəhəri Gününü ən müasir səviyyədə yenidən qurulmuş Kəlbəcərdə qeyd edəcəyik!

Kəlbəcər Şəhəri Gününü ən müasir              səviyyədə yenidən qurulmuş Kəlbəcərdə qeyd edəcəyik!


İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən Ermənistan ordusunun hissələri və Ermənistana tabe olan silahlı qüvvələr Kəlbəcəri, eləcə də Ağdamı və Laçını döyüşsüz tərk etməli idi.
Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Hələ işğala kimi Ermənistan Kəlbəcərdə Ağdaban, Başlıbel faciələrini törətmişdi. Təkcə Kəlbəcərin çıxışındakı tuneldə onlarla uşaq, qadın, qoca qətlə yetirilmişdi. Bu işğal nəticəsində 511 nəfər öldürülmüşdü, 321nəfər əsir düşmüşdü.

Ermənistan müharibəaparma qanunalrına əməl etmədən müharibə aparıırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı Qətnaməsinə əməl etməyən Ermənistan 1999-cu ildən Kəlbəcər rayonu ərazisində erməniləri məskunlaşdırmağa başlamışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi: “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

Düşmənin Kəlbəcəri döyüşsüz tərk edən qüvvələri evləri yandırır, talayır, dağıdırdı. Bu, ermənilik xisləti idi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Məğlub Ermənistan bu cinayətləri törətsə də dünya birliyi bu işğalçı dövləti siyasi baxımdan ciddi qınamadı. Müharibəyə başlayanda da, müharibə aparanda da, Azərbaycanın ərazilərində böyük təxribatlar, faciələr törədəndə də belə olmuşdu…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş 10 minə yaxın hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncam ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə təsdiq edilmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən şəhərin mərkəzi orta mərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda fərdi yaşayış evləri tikiləcək. Şəhərin ümumi yaşayış fondu 488 min kvadrat metr (böyük hissəsi fərdi yaşayış evləri) olacaq.

Şəhərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Baş Plana uyğun olaraq şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq…
Uzunluğu 27 kilometrdən çox olan avtomobil, 22 km olan velosiped yolları da yaradılacaq.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini Kəlbəcər-İstisu hissəsi təşkil edir.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyudur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. İkinövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə təxminən 100 nəfər işlə təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə 7 səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin təməlqoyma mərasimi keçirilib, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və s. açılışları olub …

Kəlbəcər Şəhəri Günü Kəlbəcərin sabahlarına göstərilən qayğının ilkin təzahürlərindəndir. Kəlbəcər də ən müasir şəhərsalma tələbləri səviyyəsində yenidən qurulur və bu proses uğurla başa catacaq. Yaxın vaxtlarda Kəlbəcər Şəhəri Gününü ən müasir səviyyədə yenidən qurulmuş Kəlbəcərdə qeyd edəcəyik!..

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş