Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq yazıçısı Elxan Elatlı Nizami Gəncəvi Muzeyində olub

Xalq yazıçısı Elxan Elatlı Nizami Gəncəvi Muzeyində olub


Azərbaycan Respublikasının Xalq yazıçısı Elxan Elatlı Nizami Gəncəvi Muzeyində olub.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən muzeyin direktoru Teymur Əliyev bildirib ki, səmimi şəkildə keçirilən görüş zamanı ədəbi irsimizin inkişafı, gənc nəslin klassik və müasir ədəbiyyata marağının artırılması, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

"Elxan müəllimin zəngin yaradıcılığı və ədəbiyyatımıza verdiyi töhfələr hər zaman yüksək qiymətləndirilir. Bu cür görüşlər həm mədəni mühitə, həm də maarifçilik işinə mühüm töhfə verir. Əməkdaşlığımızın davamlı olacağına inanır, Elxan müəllimə dəyərli vaxtı və xoş münasibəti üçün təşəkkür edirəm",-deyə T.Əliyev vurğulayıb.

Süleyman
Xəbəri paylaş