Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda əkinlərin bəyan olunması üçün fermerlərə səyyar xidmət göstərilir

Naxçıvanda əkinlərin bəyan olunması üçün fermerlərə səyyar xidmət göstərilir


Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerlərin əkin bəyanı prosesini sürətləndirmək və asanlaşdırmaq məqsədilə bölgələrdə səyyar xidmət həyata keçirir.

Newscenter.az xəbər verir ki, nazirliyin səyyar qrupları rayon və kəndlərdə fermerlərlə görüşərək əkin sahələrinin bəyan olunması, subsidiya qaydaları və Elektron Kənd Təsərrüfatı Sistemi (EKTİS) barədə məlumat verir, həmçinin əkinlərin bəyan edilməsi ilə bağlı texniki dəstək göstərirlər.

Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fariz Şıxəliyev bildirib ki, səyyar xidmət fermerlərə həm vaxt qazandırır, həm də bəyanetmə zamanı yarana biləcək gecikmələrin qarşısını alır. "Məqsədimiz hər bir fermerin dövlət dəstəyi tədbirlərindən problemsiz və tam şəkildə yararlanmasını təmin etməkdir," – deyə o qeyd edib.

Payızlıq əkinlərlə bağlı bəyanların qəbulu 30 dekabrda başa çatacaq. Gecikmiş və yaxud düzgün aparılmamış bəyanlar fermerlərin əkin subsidiyası almaq hüququnun itirilməsinə səbəb ola bilər. Vaxtında və düzgün edilən bəyanlar isə monitorinqlərin operativ keçirilməsinə və subsidiyaların 2026-cı ilin əvvəlində ödənilməsinə imkan yaradacaq. Fermerlərə səyyar qrupların xidmətlərindən fəal şəkildə yararlanmaq tövsiyə edilir.

Muxtar respublikada aqrar sahənin rəqəmsallaşdırılması üzrə işlər davam etdirilir. Artıq EKTİS-ə inteqrasiya üçün tələb olunan avadanlıqların alınması məqsədilə açıq tender elan olunub. Sistemin 2026-cı ilin I rübündə istifadəyə verilməsi və subsidiya proseslərinin tam elektronlaşdırılması planlaşdırılır.

Süleyman
Xəbəri paylaş