Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 27-də Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub.

Newscenter.az xəbər verir ki, "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur.

Bildirilib ki, 150 xalçaçı xanımın toxuduğu xalça üzərində işə ötən ilin dekabrından başlanılıb.

Leyla Əliyeva xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və xalçaya ilmə də atıb.

Qeyd edək ki, xalçanı Heydər Əliyev Fondu, "PAŞA Holdinq" və "PMD Projects"in təşkilatçılığı ilə "Azərxalça" ASC-nin yaradıcı heyəti və toxucu komandası hazırlayır.

Mehman Mehdiyev
Xəbəri paylaş