
"İqtidar-müxalifət, həmçinin müxalifətdaxili münasibətlərin sivil qaydada qurulmasına çıxanlardan ən öndə gedənlərdən biri Müsavat Partiyasıdır".
Newscenter.az xəbər verir ki, bunu AMİP liderinin köməkçisi Əli Orucov deyib. O bildirib ki, ancaq həmin siyasi qüvvə tərəfindən yanlış hesablamalar aparılır:
"Dövlət də, hakimiyyət də çox güclüdür. Prezident İ.Əliyevə rəqib və maneə ola biləcək hazırda siyasi fiqur da, şəxs də yoxdur. Dövlətin gücü və qanunlar imkan verir ki, R.Mehdiyev və onun komandası, əlaltıları, ortaqları və tərəfdaşları həm xalq qarşısında, həm də ədalət mühakiməsi qarşısında hesabat və cavab verəcəklər. Buna heç kəsin şübhəsi olmasın".
AMİP funksioneri tövsiyə edər ki, belə uğursuz cəhdlərdənsə istintaq orqanları ilə həmin şəxs və qruplar əməkdaşlıq edərək cinayət işinin hərtərəfli və tam açılmasına kömək etsinlər.
Süleyman











































