Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heç bir daxili və xarici qüvvə Azərbaycan dövlətçiliyinə zərbə vurmaq gücündə deyil

Heç bir daxili və xarici qüvvə Azərbaycan dövlətçiliyinə zərbə vurmaq gücündə deyil



"Son günlər vaxtı ilə Azərbaycan hakimiyyətinin yüksək pilləsində təmsil olunmuş şəxslərin dövlət və dövlətçiliyə qarşı planlarının ifşa olunması bir daha onu deməyə əsas verir ki, Cənubi Qafqazla güclü və qüdrətli Azərbaycan dövlətinin mövcudluğu bəzi qonşularımızı hələ də narahat edir. Onlar imkan düşdükcə daxildəki havadarları ilə Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, onu sarsıtmağa çalışırlar. Sabiq PA rəhbəri Ramiz Mehdiyevin timsalında biz bunu aydın şəkildə gördük".

Bu fikirləri Newscenter.az-a " Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, həmin qüvvələr xalq-hakimiyyət, xalq-prezident birliyinin mövcud olduğunu unudurlar:

"Azərbaycan xalqı dəfələrlə bunu sübut edib ki, o, Azərbaycan dövlətçiliyinin, onun inkişaf və tərəqqisinə çalışan Heydər Əliyev kursunun dəstəkləyicisidir:

"Yaxın tariximizdə bizlər bunun əyani şahidinə çevrilmişik. İstər 1995-ci ilin dövlət çevrilişi cəhdi, istər Əlikram Hümbətovun separatçılıq hərəkətləri, istərsə də müxtəlif illərdə keçirilən prezident seçkiləri zamanı Azərbaycan xalqı birmənalı şəkildə Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı Cənab İlham Əliyevə etimad göstərib, onunla birlik nümayiş etdirib. Ən son 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqı onun liderinin, rəhbərlik etdiyi Müzəffər Ordunun yanında yer aldı, dünyaya birlik, həmrəylik nümayiş etdirdi. Elə tarixi zəfərimizi şərtləndirən əsas amillərdən biri də məhz bu idi".

Arzuman Muradlı qeyd edib ki, Azərbaycan dövləti və dövlətçiliyinə zərbə vurmaq istəyən, onu sarsıtmağa çalışan heç bir qüvvənin məkirli planı baş tutmayacaq.

Süleyman
Xəbəri paylaş