Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Çin iqtisadi əlaqələrinin şaxələndirilməsini müzakirə ediblər

Azərbaycan və Çin iqtisadi əlaqələrinin şaxələndirilməsini müzakirə ediblər


Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrinin şaxələndirilməsi istiqamətində təşəbbüslər müzakirə edilib.

Newscenter.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata əsasən, müzakirələr M.Cabbarov ilə Çinin İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo ilə görüşdə aparılıb.

"Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması, potensial investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - nazir vurğulayıb.

Anar
Xəbəri paylaş