Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Musa Abbasov "ŞEF" olmaq üçün hərəkətə keçib

Musa Abbasov "ŞEF" olmaq üçün hərəkətə keçib


Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovun TƏBİB-in sədri olmaq üçün döymədiyi qapı qalmayıb. Əldə etdiyimiz məlumatlara görə, Musa Abbasov Səhiyyə Nazirliyi, eləcə də TƏBİB-in işdən azad etdiyi bütün həkimləri bir araya yığıb ki, qurumun rəhbəri olmaq üçün mənim təqdimatım Prezident Administrasiyasına gedib. Amma onun reklama da ehtiyacım var. Ona görə də hər birinizdən köməklik istəyirəm ki, məni hər yerdə tərifləyin ki, TƏBİB-in sədri olum. Bundan sonra hamınıza köməklik edəcəm.

Məlumatı dəqiqləşdirmək üçün mətbuat Musa Abbasovdan əlaqə saxladıq. Sualımıza cavabında Musa Abbasov gülərək, "Bəli, belə bir şey mənə təklif ediblər, mən fikirləşirəm",-deyə cavab verib.

Məlumat üçün qeyd edək ki, rəhbərlikdə ciddi nöqsanlar buraxan, korrupsiya və rüşvətxorluq hallarına yol verdiyi iddia olunan Musa Abbasov vəzifə sahibi olduğu halda bunun qəbuluna düşmək müşkül məsələyə çevriləcəyi şübhə doğurmur.

Musa Abbasovun davamlı olaraq nöqsanlara görə, işdən azad olunan xəstəxana direktorları, baş həkimlər və digər özünə yaxın bildiyi həkimlərlə bir araya gəlib onlardan reklamının aparılmasını istəməsi, Abbasovun sədr olması üçün atdığı addımlar ciddi təəssüf doğurur.

İşindən yol verdiyi nöqsanlara görə, azad edilən sabiq Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov, Musa Abbasovun öz aralarında müşaviri seçilib, hətta onun təbliğatını aparır. Məlumat üçün qeyd edək ki, qara siyahıda adı olan Natiq Şükürov 2021 ci ildə işindən azad olunub. O, dövlət əmlakını leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, Ddvlət əmlakına ziyan vurma və.s əməllərdə ittiham olunur.

Oxuculara xatırladaq ki, 2021 ci ilin mart ayında TƏBİB-in sabiq sədri R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Şükürov Natiq Əli oğlu tibbi müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini həyata keçirməyib və tabeliyində olan işçilərin funskiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada qurmayıb.

TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.
Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.

Özünü sədir kimi görən Musa Abbasov kadr dəyişikliklərini indidən planlaşdıraraq yaxın adamlarına vədd verir ki, mənim əmrim bu günlərdə veriləcək. Hətta onu TƏBİB sədirliyini qeyd də ediblər. (Pressinfo az)
Xəbəri paylaş