Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın siyasi dövlət nüfuzu bu gün dünya ölkələri arasında şərəfli statusa malikdir

Azərbaycanın siyasi dövlət nüfuzu bu gün dünya ölkələri arasında şərəfli statusa malikdir


Azərbaycan beynəlxalq münasibətlər sistemində mütərəqqi xəttin aktiv formalaşdırıcılarından biridir.

Cəmiyyətin real problemlərini anlayan, qərarlarını yalnız ideologiyaya deyil, faktlara və rəsmi məlumatlara əsaslanaraq qəbul edən siyasətçilər dünyada baş verən texnoloji inqilabları, iqtisadi və beynəlxalq dəyişiklikləri dərindən izləyən, insanlarla mütəmadi əlaqə saxlayan və uzunmüddətli perspektivlərə hesablanan nəticələri düşünən şəxslərdir. Belə siyasətçilər idarə etdikləri dünyadan xəbərdar olan siyasətçilər hesab olunur.
İdarə etdikləri dünyadan xəbərsiz siyasətçilər isə reallıqları düzgün qiymətləndirə bilməyən, vəziyyəti tam dərk etmədən qərarlar verən şəxslərdir. Onlar lazımi və dolğun məlumatlara sahib olmadıqları üçün çox vaxt tələsik və qeyri-dəqiq addımlar atmağa meyillidirlər. Cəmiyyətin və insanların gündəlik problemlərini, sosial-iqtisadi vəziyyətini tam anlamadan "yuxarıdan" qərarlar verməyə üstünlük verirlər. Bunlar texnologiyalara və dünyada baş verən dəyişikliklərə adaptasiya olmağı bacarmayan siyasətçilərdir.
Təbii ki, dünyadan və idarəetmədən xəbəri olan, dünyanı idarə etmək üçün bütün siyasi-elmi biliklərə malik, idarəçilik qabiliyyətinin mahiyyətini və fəlsəfəsini dərk edən, müasir idarəetmə metodologiyasını dərindən bilən siyasətçilər də bu gün dünyada varlar. Fikir verirsinizsə, sanki dünya bu cəhətdən də qütbləşib: sivil dünyagörüşünü qəbul edən, sivil cəmiyyət toplumunun bəşəriyyətə töhfəsini anlayan, cəmiyyətdə sabitliyin inkişafını sürətləndirməyin vacibliyini dərk edən, xaosun neqativ fəsadlarını və zərərli olduğunu bilən siyasi liderlər idarə etdikləri dünyadan tam xəbərdardırlar.
Digər siyasətçilər isə reallıq hissini itirmiş, hadisələri düzgün idarə etməyi bacarmayan, ikiüzlü siyasət yürütməyə meyl edən və bu ikiüzlülüyün yeganə çarə olduğuna özünü inandıran şəxslərdir. Onlar dünyanı xaosa sürükləməyə çalışan təbəqələrin bir tərkib hissəsidir. Keçmiş tarixə, həmin ölkələrin yarandığı gündən bu yana keçdikləri siyasi yola nəzər saldıqda mövcud mənzərə insanların hər şeyi aydın şəkildə anlaması üçün kifayət edir.
Bu gün Azərbaycanı idarə edən siyasi lider öz siyasi təfəkkürünün imkanları ilə Azərbaycanı bərabər səviyyədə nəzərdə tutduğumuz sivil dünyanın tərkib hissəsinə inteqrasiya etdi. O, Azərbaycanın gücünün, qüdrətinin, o cümlədən diplomatik potensialının həmin qütb üçün nə dərəcədə önəmli olduğunu isbat etdi. Çox da uzaq olmayan tariximizə nəzər salanda, torpaqlarımızın işğalından sonra Azərbaycanın nüfuzunun hansı səviyyəyə endiyinin şahidi olmuşuq və o çətin dövrləri yaşamışıq.
Lakin bu gün torpaq işğalının arxasında duran böyük imperialist qüvvələrin siyasi mətbəxinə yaxın olan güc mərkəzlərini bizim yaratdığımız reallıqlarla barışmağa məcbur etdik. Azərbaycanın siyasi dövlət nüfuzu bu gün dünya ölkələri arasında ən yüksək və şərəfli statusa malikdir. Bu, bizim siyasi, diplomatik və yaddaşlara daim həkk olunacaq mənəvi qələbələrimiz sayəsində ərsəyə gəlib.


Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş