Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tayvan məsələsi Pekin və Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər

Tayvan məsələsi Pekin və Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər


Tayvan məsələsinin həllinə səhv yanaşma Pekin və Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqları zamanı bildirib.

"Tayvan məsələsi Çin-Amerika münasibətlərində ən vacib məsələdir. Əgər bu məsələ düzgün həll olunarsa, iki ölkə arasındakı münasibətlər ümumi sabitliyi qoruyub saxlaya biləcək. Əks təqdirdə, iki ölkə toqquşacaq və ya hətta münaqişəyə girəcək ki, bu da bütün ikitərəfli münasibətləri son dərəcə təhlükəli vəziyyətə salacaq".

Çin prezidenti əlavə edib ki, ada müstəqilliyinə can atmaq və regional sülh bir-birini istisna edir. O, Tayvan boğazında sabitliyin qorunmasının Çin və ABŞ arasındakı münasibətlərdə ən vacib amil olduğunu iddia edib.

Arzu
Xəbəri paylaş