
Hindistan hakimiyyəti 30 sentyabr 2026-cı ilə qədər şəkər ixracına qadağa qoyub.
Newscenter.az TASS-a istinadən bildirir ki, müvafiq əmr Xarici Ticarət Baş Direktorluğu tərəfindən dərc edilib.
Əmrdə qeyd edilir ki, xam şəkər, ağ şəkər və rafinə edilmiş şəkər də daxil olmaqla, şəkərin ixracı ilə bağlı siyasət dərhal qüvvəyə minməklə məhdudlaşdırılmış kateqoriyadan qadağan olunmuş kateqoriyaya dəyişdirilir və 30 sentyabr 2026-cı il tarixinədək və ya əlavə sərəncamlar verilənə qədər qüvvədə qalacaq.
Əvvəllər şəkər ixracı məhdudlaşdırılmış kimi təsnif edilirdi və xarici daşınmalar üçün xüsusi lisenziya tələb olunurdu. Hazırkı qadağa daxili bazarda şəkər təklifini artırmaq və inflyasiya riskləri və Yaxın Şərqdəki münaqişənin yaratdığı ümumi qeyri-müəyyənlik fonunda qiymətləri cilovlamaq məqsədi daşıyır.
Sənəd xüsusi razılaşmalar çərçivəsində Aİ və ABŞ-a ixrac edilən şəkərə şamil edilmir. Bu razılaşmalar ixracatçılara müəyyən həcmdə şəkəri bu bölgələrə əhəmiyyətli dərəcədə azaldılmış və ya sıfır gömrük rüsumları ilə tədarük etməyə imkan verir.
Qeyd edək ki, Hindistan Braziliyadan sonra dünyada ikinci ən böyük şəkər istehsalçısıdır.
Şeyda









































