
Slovakiya Avropa İttifaqındakı veto hüququndan imtina etmək niyyətində deyil.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Slovakiya Milli Şurasının (Parlament) sədr müavini Tibor Qaşpar deyib. Onun sözlərinə görə, veto hüququnu itirmək ölkənin suverenliyinin ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olardı.
"Slovakiya heç vaxt hazırda mövcud olan məsələlərdə veto hüququmuzu itirməyimizə razı olmayacaq. Ən azı Slovakiyada mövcud hökumət hakimiyyətdə olduğu müddətdə bu baş verməyəcək", - deyə o vurğulayıb.
Qaşpar hesab edir ki, veto hüququnu itirmək Slovakiya üçün suverenliyin ciddi şəkildə məhdudlaşdırılması demək olacaq:
"Buna görə də inanmaq istəyirəm ki, Slovakiyanı bu cür baxışlarla idarə etdiyimiz müddətcə, veto hüququmuzdan imtina etmək istəməyəcəyik".
Eyni zamanda, Slovakiya Milli Assambleyasının sədr müavini qeyd edib ki, ölkədə açıq şəkildə veto hüququndan imtina etməyə hazır olduğunu bildirən siyasi müxalifət mövcuddur:
"Hesab edirəm ki, ümumilikdə bu, Slovakiyanın maraqlarına ziddir".
Aygün










































