Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanda şiddətli fırtına 56 nəfərin həyatına son qoyub

Hindistanda şiddətli fırtına 56 nəfərin həyatına son qoyub


Hindistanın şimalındakı Uttar Pradeş ştatında bir neçə rayonda baş verən şiddətli fırtına və leysan yağışlar insan tələfatına yol açıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, yerli icra qurumları fırtına nəticəsində ən azı 56 nəfərin öldüyü barədə məlumat yayıb.

Məlumata görə, qurbanların əksəriyyəti dağılmış divarlar və örtüklərin altında qalıb. Bir neçə nəfər ildırım vurması və ağacların yıxılması nəticəsində ölüb.

Dövlət orqanları müxtəlif qurumların rəsmilərinə zərər çəkmiş ərazilərə baş çəkməyi və zərərçəkənlərə və onların ailələrinə bütün mümkün yardımı göstərməyi tapşırıb. Rəsmilərə yüksək hazırlıq vəziyyətini qorumaq və zərərin qiymətləndirilməsini aparmaq tapşırılıb.

Arzu
Xəbəri paylaş