Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan WUF13-ü uğurla keçirəcək

Azərbaycan WUF13-ü uğurla keçirəcək


"Azərbaycan bütün beynəlxalq tədbirlər kimi, XIII Ümumdünya Şəhərsalma Forumunu, WUF13-ü də uğurla həyata keçirəcək. Bunun üçün ölkəmiz bütün imkanlara malikdir".

Newscenter.az xəbər verir ki, bunları "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı deyib. O deyib ki, Azərbaycanın beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək üçün zəngin təcrübəsi var:

"Keçən il baş tutan COP29, eləcə də digər beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi fonunda bunu deyə bilərik. Ölkəmizin bu kimi tədbirləri ən yüksək səviyyədə həyata keçirməsini təkcə biz yox, eyni zamanda həmin tədbirlərin iştirakçısı olan ölkələr, onların rəhbərləri də açıq şəkildə ifadə edirlər".

Arzuman Muradlı deyib ki, XIII Ümumdünya Şəhərsalma Forumunu əhəmiyyətli edən tərəflərdən biri də forumun açılış mərasimində bir sıra dövlət və hökumət başçılarının iştirak etməsi olacaq:

"Bu həm də Azərbaycanın şəhərsalma tədbirlərinin beynəlxalq aləmə təqdimatı baxımından da əhəmiyyətli olacaq. Bildiyiniz kimi, tarixi zəfərimizdən sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirir, yeni kəndlər, şəhərlər, yaşayış məskənləri salır. Ölkəmiz ağıllı şəhərlər, ağıllı kəndlər yaratmaqla həm də bir nümunə təqdim edir. Bu baxımdan Azərbaycanın şəhərsalma təcrübəsinin beynəlxalq aləmə tanıdılması, görülən işlərin təbliği baxımından da XIII Ümumdünya Şəhərsalma Forumunu Azərbaycanda keçirilməsi əhəmiyyətlidir".

Arzuman Muradlı əmindir ki, forumun iştirakçısı olan xarici ölkə təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura səfərləri də təşkil olunacaq və onlar azad edilmiş ərazilərdə görülən işlərin canlı şahidinə çevriləcəklər.

Süleyman
Xəbəri paylaş