Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni xalqı düzgün seçim etməlidir

Erməni xalqı düzgün seçim etməlidir


"Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri kifayət qədər gərgin siyasi mübarizə şəraitində baş tutacaq. Erməni xalqı konkret olaraq ən yaxşı namizəd, yaxud ən yaxşı siyasi qüvvə deyil, müharibə və sülh arasında seçim edəcək".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, son vaxtlar revanşist qüvvələrin, xüsusilə də sabiq prezident Robert Köçəryanın siyasi aktivliyinin artması hazırkı baş nazir Nikol Paşinyan üçün ciddi təhlükə yaradıb:

"Paşinyan üçün təhlükələrdən biri də ondan ibarətdir ki, bəzi xarici güclər də revanşist qüvvələrə bu və ya digər formada dəstək verirlər. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Zəngilana səfəri zamanı yerli sakinlərlə keçirdiyi görüş zamanı da açıq şəkildə ifadə etdi və həmin xarici güclərin məqsədinin Cənubi Qafqazda gərginlik, yenidən qarşıdurma yaratmaq olduğunu bildirdi".

Arzuman Muradlı deyib ki, erməni xalqı iyunun 7-də düzgün seçim etməlidir:

"Ya sülhə səs verməli, ya da müharibəyə. İkincinin seçilməsi Ermənistana yeni fəlakətlər gətirə bilər".

Süleyman
Xəbəri paylaş