Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyandan Avrasiya İqtisadi Birliyi açıqlaması

Paşinyandan Avrasiya İqtisadi Birliyi açıqlaması


Əgər Avrasiya İqtisadi Birliyinin (AİB) maraqlarına zidd hərəkət etsəydik, bu gün sözügedən iqtisadi blok iflic olardı.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib:

“Əgər mən bu gün AİB-ə zidd siyasət yürütsəm, AİB iflic olardı, çünki bu təşkilatdakı bütün qərarlar konsensus yolu ilə qəbul edilir. Yəni, mən ona qarşı çıxsam, AİB-də heç bir qərar qəbul edilə bilməz. Buna görə də, əgər mən AİB-ə qarşı hərəkət etsəydim, AİB bu gün bir təşkilat kimi fəaliyyət göstərməzdi, o, iflic olardı. AİB iflic deyil, çünki mən AİB-ə qarşı hərəkət etmirəm”.

Qeyd edək ki, martın 26-da Ermənistan parlamentinin üzvləri ölkənin Aİ-yə qəbul prosesinə başlamaq üçün son oxunuşda qanun layihəsini qəbul ediblər. Baş nazir Nikol Paşinyan deyib ki, bununla Yerevanın qəbul prosesinə avtomatik olaraq başlanmayacaq, çünki məsələ referendum tələb edir.

Aygün
Xəbəri paylaş