
Kuba Enerji və Mədən Nazirliyi (Minem) Milli Elektro-Enerji Sisteminin (SEN) qismən çökdüyünü elan edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, nəticədə ölkənin təxminən 70%-i məcburi elektrik kəsintilərinə məruz qalıb.
Nazirliyin bəyanat;nda ölkənin 70%-də pik tələbat saatlarında məcburi elektrik kəsintilərinin tətbiq ediləcəyi bildirilir.
"Nuevitas İstilik Elektrik Stansiyasının 6-cı və Rente Elektrik Stansiyasının 3-cü blokları, eləcə də yanacaq yağı zavodu Milli Enerji Sistemindən ayrılıb. Bu üç blokdan əlavə, ölkənin 16 istilik elektrik stansiyasının doqquzu nasazlıqlar və ya texniki xidmət işləri səbəbindən oflayndır",-deyə açıqlamada vurğulanıb.
Kuba mediasının verdiyi xəbərlərə görə, milli elektrik sistemindəki nasazlıqlar yanacaq çatışmazlığı və ABŞ embarqosu səbəbindən elektrik stansiyaları üçün lazımi ehtiyat hissələrinin əldə edilməsindəki çətinliklərlə bağlıdır.
Arzu











































