Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Müdafiə Nazirliyi İrana qarşı əməliyyatların yenidən başlamasına hazır olduğunu açıqlayıb

İsrail Müdafiə Nazirliyi İrana qarşı əməliyyatların yenidən başlamasına hazır olduğunu açıqlayıb


İsrail İrana qarşı hərbi əməliyyatların bərpasını istisna etmir və buna hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Katz deyib ki, "İsrailin İrandakı missiyası hələ tam deyil, yaxın gələcəkdə hərəkətə keçmək zərurətinə hazırıq.

Qeyd edək ki, aprelin 23-də Katz İsrail ordusunun İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirərək, İsrailin ABŞ-dan yaşıl işıq gözlədiyini göstərib. Daha sonra o, İsrailin bu dəfə mümkün olan ən sərt tədbirlər görməyi planlaşdırdığını və İran iqtisadiyyatını tamamilə məhv etməyi planlaşdırdığını hədələyib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 apreldə Amerika Prezidenti Donald Tramp İslam Respublikası ilə qarşılıqlı atəşkəs elan edib.

Aygün
Xəbəri paylaş