Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Bakının bir sıra ərazilərinin qaz təminatında fasilə yaranacaq

Bu gün Bakının bir sıra ərazilərinin qaz təminatında fasilə yaranacaq


Bu gün Bakının 4 rayonunun bir sıra ərazilərinin qaz təminatında fasilə yaranacaq.

Bu barədə Newscenter.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov, Nəsimi, Səbail və Yasamal rayonlarının (Y.V.Çəmənzəminli, Ə.Rəcəbli, S.Rüstəm, R.Rza, Tolstoy, Mərdanov qardaşları, B.Səfəroğlu, D.Əliyeva, İ.Səfərli, Ə.Topçubaşov, 8-ci Köndələn və O.Fərzəliyev küçələri və Bülbül prospektinin bir hissəsi) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Arzu
Xəbəri paylaş