Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ÜST ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

ÜST ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub


TƏBİB-in İcraçı direktoru Anar Bayramov və ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının rəhbərliyi ilə keçirilən görüşdə səhiyyə sahəsində mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Newscenter.az xəbər verir ki, tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, insan resurslarının inkişafı, rəqəmsal səhiyyə həllərinin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində həmçinin prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, texniki dəstək mexanizmlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.

Süleyman
Xəbəri paylaş