Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan müasir tarixinin ən böyük seçimi qarşısındadır

Ermənistan müasir tarixinin ən böyük seçimi qarşısındadır


7 iyun 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi durum getdikcə daha radikal şəkil almaqdadır. Hazırda Ermənistan dövləti və cəmiyyəti müasir tarixinin ən böyük seçimi qarşısındadır.

Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, qarşıdakı seçkiləri bizim üçün maraqlı və unikal edən əsas amil Ermənistanda türk (eyni zamanda və əsas azərbaycanlılar nəzərdə tutulur) düşmənçiliyinin zərərli və yanlış olduğunu dilə gətirən, bu siyasi baxışı ortadan qaldıraraq bölgədə sülh şəraitində birgəyaşayışı təmin etməyə çalışan siyasi qüvvənin varlığı və seçkilərdə qalib gəlməsi istəyidir:

"Artıq Ermənistanda daha çox insan anlamağa başlayır ki, ölkənin gerçək suverenliyi və hər hansı bir ölkənin vassalı olmaqdan qurtarmaq yolu qonşu ölkələrlə normal və sivil birgəyaşayışdan keçir. Bu fikri özünün əsas siyasi xətti elan edən Paşinyan hökuməti hazırki nəticəyə zamanla gəlmişdir. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi zamanı Qarabağla bağlı səsləndirdiyi və sonradan həyata keçirdiyi siyasət hazırki seçki kampaniyasında irəli sürdüyü siyasi xəttlə tamamilə ziddiyyət təşkil edirdi. Azərbaycanın münaqişəni hərb yolu ilə həll etməsindən sonra Ermənistanın ərazi bütövlüyünü gözləyən perespektiv Paşinyan hökumətini Azərbaycana qarşı siyasətini dəyişməyə məcbur etdi. Başqa sözlə bu günkü Ermənistan iqtidarının Azərbaycanla sülh prosesinə baxışı və siyasəti tamamilə Azərbaycanın və onun prezidenti cənab İlham Əliyevin əsəridir".

Elçin Ağamalı hesab edir ki, Nikol Paşinyan seçkilərdə qələbə qazanması və qazanılmış uğuru əldə saxlaya bilməsi üçün əsasən iki-daxili və xarici şərtləri təmin etməlidir:

"Seçkilərdən xeyli əvvəl güc strukturlarını özünə loyal və sadiq kadrlarla möhkəmləndirən Baş Nazir eyni zamanda Ermənistan cəmiyyətinə böyük təsir imkanları olan kilsəni də fəal daxili siyasətdən kənarlaşdıra bildi. Dini cəhətdən mühafizəkar olan və kilsəyə bağlı olan Ermənistan cəmiyyəti bu seçkilərdə Eçimədzinin ciddi müdaxiləsini hələ ki hiss etmir.

Seçki prosesinə təsir edə biləcək daxili faktorların böyük qismini neytrallaşdıran Paşinyan komandası seçkilərə və onun nəticələrinə qarşı xarici təsir təhlükəsini zaman daraldıqca daha ciddi şəkildə hiss etməkdədir. Bu təhlükə Rusiyadan gəlir və Moskva rəsmiləri təhdid ritorikasını hər keçən gün daha da artırırlar. İyun seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbə qazanacağı təqdirdə Azərbaycanla başlayan sülh prosesi inkişaf edəcək və özünün məntiqi sonluğuna çatacaqdır. Azərbaycanla bağlanacaq sülh müqaviləsinin Ermənistana verəcəyi siyasi və iqtisadi üstünlüklər bu ölkədə insanların şüuruna zamanla müsbət təsir edəcəkdir ki, bu da qonşularla sülh şəraitində yaşamaq istəyən əhalinin, dayanıqlı sülh tərəfdarlarının sayının artması deməkdir".

Elçin Ağamalı qeyd edib ki, Azərbaycanla sülh və normal münasibətlər qurmaq istəyən Ermənistan vətəndaşlarının sayı 5 il öncə cəmi 3-5 faiz təşkil edirdisə, hazırda bu rəqəm 40 faizə yaxındır:

"Paşınyanın növbəti qələbəsindən sonra normallaşacaq münasibətlər sayəsində isə bu rəqəm ən azı 70-80 faizə qədər yüksələcəkdir. Bu isə gələcəkdə Rusiyanın Ermənistan cəmiyyətindən manipulyasiya etmək imkanlarının itirməsi anlamına gəlir. Rusiya bunu anlayır və ölkəni qeyri-müəyyən gələcək vəd edən siyasi qüvvələrin əli ilə öz təsirində saxlamağa çalışır. Rusiya Ermənistanda və bununla da Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaq üçün 7 noyabr seçkilərinə həlledici döyüş kimi baxır. Bu məqsədlə güclü Rusiya təbliğat maşını, maliyyəsi, xüsusi xidmət orqanları və Ermənistan siyasi həyatındakı agentura şəbəkəsi tam şəkildə səfərbər olunub".

Süleyman
Xəbəri paylaş