Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni şovinizminin, nifrətinin bitməsini gözləmək sadəlöhvlük olardı

Erməni şovinizminin, nifrətinin bitməsini gözləmək sadəlöhvlük olardı


Ermənistanda parlament seçkiləri öncəsi revanşist qüvvələrin yenidən baş qaldırması fonunda Azərbaycana qarşı ərazi iddiaları səslənməkdədir. Bu mənfi tendensiya xüsusilə sabiq prezident Köçəryan və onun tərəfdarları arasında müşahidə edilir.

Newscenter.az xəbər verir ki, Ermənistandakı seçkiöncəsi vəziyyəti şərh edən siyasi şərhçi Elçin Ağamalı deyib ki, istər 1918-ci ildə müstəqillik əldə etdikləri dövrdə, istərsə də sovet hakimiyyəti qurulandan sonra dövlətimizə və respublikamıza qarşı qaldırılan torpaq iddiaları hesabına ermənlər dövlətlərinin qurulmasına və ərazilərinin genişlənməsinə nail olsalar da, hazırda bu iddialar Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoya bilər. Onun sözlərinə görə, erməni xalqının bizə qarşı olan mövcud münasibəti Qarabağ müharibəsinin başlaması və sona çatması ilə formalaşmayıb:

"Bu münasibətin ən azı 200 illik tarixi vardır. Odur ki, ermənilərin Qarabağ uğrunda başladıqları müharibənin sona çatması ilə erməni şovinizminin, nifrətinin və ərazi iddialarının bitməsini gözləmək sadəlöhvlük olardı. Bu nifrət onilliklər boyu millətin şüuruna yerləşdirilib və genetikasına oturdulub".

Süleyman
Xəbəri paylaş