Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi bu gün uğurla irəliləyir

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi bu gün uğurla irəliləyir


“XX əsrin əvəllərində Rusiya imperiyası daxilində baş verən proseslər imperiyanın əsarəti altında yaşayan xalqlara da təsirsiz ötüşmədi. Daxili siyasi ziddiyyətlər və inqilablar nəticəsində Rusiya imperiyasının dağılması onun tərkibində olan xalqlara öz müqəddəratını təyin etmək, müstəqil, azad olmaq imkanı yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması məhz bu tarixi zərurətdən meydana çıxdı”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Zaqafqaziya Seyminin dağılması ilə regionda yeni siyasi mühit yarandı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olundu:

“Müstəqilliyi elan etmək qədər onu qoruyub-saxlamaq, dünyaya tanıtmaq çətin idi. Çünki Moskva heç bir halda Azərbaycanın müstəqil olmasını istəmirdi. Ona görə də müxtəlif vasitələrlə Xalq Cümhuriyyətinin fəaliyyətinı son qoymağa çalışırdı. Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay davam gətirə bildi və 23 aylıq müddətdə Azərbaycan xalqının yaddaşında müsbət mənada xoş izlər buraxdı”.

İlham Məmmədov deyib ki, milli ordunun yaradılması, dövlət atributlarının müəyyən edilməsi, təhsil və elm sahəsində həyata keçirilən islahatlar Azərbaycan Xalq Cümhuriyyətinin atmış olduğu addımlar idi:

“Bu gün Azərbaycanın bir nömrəli elm ocağı sayılan Bakı Dövlət Universiteti Xalq Cümhuriyyətinin bizə ərmağanıdır. Eləcə də üçrəngli bayrağımız bizə Cümhuriyyətdən qalan mirasdır”.

Millət vəkili qeyd edib ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti öz varlığına son qoymalı oldu və Azərbaycan yenidən Moskvanın nəzarəti altına keçdi:

“XX əsrin 90-cı illərində Azərbaycan yenidən özünün müstəqilliyini əldə etmək imkanı qazandı. SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini elan etdi. Düzdür, XX əsrin əvvəllərində olduğu kimi bu dəfə də müstəqilliyi qoruyub-saxlamaq olduqca çətin idi. Lakin Heydər Əliyev kimi dahi siyasi liderlər nəticəsində Azərbaycanın eyni əsrdə ikinci dəfə əldə etdiyi müstəqillik əbədi, sarsılmaz oldu”.

İlham Məmmədov onu da vurğulayıb ki, müstəqil, müasir Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi bu gün uğurla irəliləyir, regionda və dünyada söz sahibinə çevrilir:

“Bütün bunların fonunda tarixə, keçmişə hörmət, ehtiram hissi də özünü büruzə verir. İstər Ulu Öndər Heydər Əliyevin zamanında, istərsə də Cənab Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan Xalq Cümhuriyyətinə, onun qurucularına böyük ehtiram hissi göstərilib, onların fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında imzalanan sərəncamlar, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis olunması və s. bunun əyani sübutudur”.

Millət vəkili onu da qeyd edib ki, Cənab Prezident İlham Əliyevin uğurlu hərbi və diplomatik uğurları nəticəsində Xalq Cümhuriyyətindən bizə miras qalan üçrəngli bayrağımız bu gün ölkəmizin hər bir ucqar nöqtəsində ucalır, ərazi bütövlyümüzün, suverenliyimizin təsdiqi kimi dalğalanır.

Süleyman
Xəbəri paylaş