
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “X” hesabında Zəngəzur dəhlizi ilə bağlı absurd açıqlama verib. “Zəngəzur dəhlizi ilə bağlı xəritəni Vaşinqton yox, Tehran müəyyən edir”,-deyə o, bildirib.
Newscenter.az-ın xəbərinə görə, sözügedən açıqlamaya münasibətini bildirən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Vilayətinin bu bəyanatı ABŞ, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları pozmaq məqsədilə atılan təxribat xarakterli addımdır:
"Tehran heç bir zaman Azərbaycanın imza atdığı layihələrə müdaxilə edə bilməz. Vilayəti yaxşı olar ki, enerjisini məntiqsiz bəyanatlar nəticəsində İranın məruz qaldığı fəlakətlərdən çıxış yolunu tapmaq üçün sərf etsin. Əks halda bazar gününə qədər günahsız İran xalqı yenə də gecələri səksəkə ilə keçirəcək".
Süleyman











































