
Rusiya prezidenti Vladimir Putin Filippinə səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfər Filippin Prezidenti Ferdinand Markosun dəvəti əsasında baş tutacaq.
Agentlik bildirir ki, səfər barədə məlumatı Filippinin xarici işlər naziri Maria Tereza Lazaro verib. Bildirilib ki, filippinli nazir dəvət məktubunu ASEAN sammiti çərçivəsində Kreml rəhbərinə çatdırıb.
Rusiya prezidentinin Filippinə səfərinin dəqiq vaxtı açıqlanmasa da, səfərin bu il ərzində baş tutacağı da bildirilib.
Şeyda












































