Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sənədsiz evlərlə bağlı amnistiya verilməsi təklif olunur

Sənədsiz evlərlə bağlı amnistiya verilməsi təklif olunur


"Bu gün ölkədə 500 minə yaxın sənədsiz ev var. Hesab edirəm ki, bu istiqamətdə müyyyən addımların atılmasının zamanı çatıb. Dünya təcrübəsində də belə bir hal mövcuddur. Qardaş Türkiyədə 7 milyona yaxın sənədsiz evə rüsum haqqı ödənilməklə sənəd verilib. Təklif edirəm ki, Azərbaycanda da buna oxşar addım atıla və sənədsiz evlərlə bağlı amnistiya tətbiq edilə bilər".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Kamal Cəfərov deyib. Millət vəkili bildirib ki, sənədsiz evlərin kommunal xidmətlərlə təmin olunmasında problemlər meydana çıxır, yaxud onun satışı zamanı həmin ev sənədsiz olduğu üçün bazar dəyərindən aşağı qiymətə təklif edilir:

"Eyni zamanda sənədsiz evlərin addan ada keçirilməsi, ailə başçısı rəhmətə getdikdə vərəsəlik hüququnun təmin edilməsində problem yaranır. Sənədsiz evlərin girov qoyulub kredit götürülməsi də mümkünsüz olur. Ona görə də hesab edirəm ki, bu istiqamətdə müəyyən addımlar atmaq lazımdır"

Süleyman
Xəbəri paylaş