Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi-Aran Regional Təhsil İdarəsi ilə bağlı prezidentə müraciət edildi

Mərkəzi-Aran Regional Təhsil İdarəsi ilə bağlı prezidentə müraciət edildi


Mingəçevir şəhəri məktəbəqədər hazırlıq müəssisəsi, bağçada tərbyəçi işləyən Sevinc Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Newscenter.az-a daxil olan müraciətin mətnində Sevinc Məmmədova dövlət başçısının diqqətinə çatdırır ki, ömrünü uşaqların təlim-tərbiyəsinə həsr etmiş bir müəllim olaraq hər zaman dövlətə, qanunlarımıza və Prezidentin həyata keçirdiyi ədalət siyasətinə güvənib:

"Bu gün də məhz həmin inamla Sizə üz tuturam. Artıq neçə gündür ki, Mərkəzi-Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru ilə bağlı qaldırdığım məsələləri ictimailəşdirir, aidiyyəti qurumlara müraciətlər ünvanlayıram. Məqsədim heç vaxt qarşıdurma yaratmaq olmayıb. Mən sadəcə olaraq bir vətəndaş, bir müəllim və əsgər anası kimi hüquqlarımın qanun çərçivəsində qorunmasını istəyirəm.

Təəssüf hissi ilə bildirirəm ki, qaldırdığım suallara aydın, əsaslandırılmış və hüquqi cavab almaqda çətinlik çəkirəm. Mən heç kimdən xüsusi münasibət tələb etmirəm. Sadəcə dövlət qulluqçularından qanunların aliliyinə hörmət, şəffaf araşdırma və obyektiv yanaşma gözləyirəm".

Müraciət müəllifi daha sonra bunları qeyd edir:

"Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olan, onların səsini eşidən və ədalətin təmin olunması üçün qətiyyət nümayiş etdirən bir rəhbər kimi xalqın böyük etimadını qazanmısınız. Minlərlə insan kimi mən də inanıram ki, Azərbaycan dövlətində heç bir vətəndaşın haqq səsi cavabsız qalmamalıdır.

Mən başsız bir qadın, Vətənə xidmət edən əsgərimizin anası və kirayədə yaşayan sadə bir müəllim olaraq yalnız haqqımın qorunmasını, müraciətlərimin obyektiv araşdırılmasını və məsələyə qanun çərçivəsində qiymət verilməsini xahiş edirəm.
Mənim heç kimlə şəxsi problemim yoxdur. Mən yalnız qanunun aliliyinə, ədalətə və dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına inanıram. Əminəm ki, rəhbərlik etdiyiniz Azərbaycanda hər bir vətəndaşın müraciəti diqqətlə araşdırılır və haqlı olanın haqqı qorunur.

Sizə ölkəmizin inkişafı, xalqımızın rifahı və dövlətimizin daha da güclənməsi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi və Azərbaycanımızı qorusun".


Süleyman
Xəbəri paylaş