Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml Ermənistanla bağlı düyməni basdı

Kreml Ermənistanla bağlı düyməni basdı



"7 iyun parlament seçkilərində Rusiyanın adamı kimi seçkilərə qatılan Samvel Karapetyanın hakimiyyətm əleyhinə mitinqlərə start veriləcəyi ilə bağlı açıqlamasının ardınca Rusiya Xarici İşlər Nazirliyinin Ermənistana nota göndərməsi təsadüfi deyil. Hər iki açıqlama Ermənistanla bağlı Moskvada hazırlanmış ssenarinin tərkib hissəsidir".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Gümrüdəki Sovet İttifaqı qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin guya təhqir olunması barədə Rusiya tərəfinin yaydığı açıqlama əslində Ermənistana qarşı atılacaq addımların anonsudur:

"Yaxın günlərdə Rusiyanın Ermənistanda anoloji təxribatların baş verməsinə şərait yaradıb bu ölkəyə qarşı Gümrüdəki hərbi bazadan istifadə edəcəyi də istisna deyil. Bildiyimiz kimi hələ də Gümrüdə Rusiyanın hərbi bazası mövcuddur və sözügedən abidəyə qarşı hörmətsilzliyin də Gümrüdə baş verməsi düşünülmüş planın tərkib hissəsidir. Hesab edirəm ki, Rusiya həm məlum hadisə, həm də Karapetyanın etiraz aksiyaları keçirmək niyyətindən istifadə edərək İrəvana qarşı cəza tədbirləri həyata keçirəcək. Bir sözlə Kremldə artıq Ermənistanla bağlı düyməyə basılıb".

Arzuman Muradlı hesab edir ki, Rusiya seçkidən sonrakı dönəmdə Ermənistanda təxribatlar törətməklə istəyinə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

Süleyman
Xəbəri paylaş