
Çin Rusiya və Ukraynanı hərtərəfli və davamlı sülh razılaşmasına nail olmaq üçün danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Lei deyib.
Diplomat bildirib ki, tərəfləri danışıqları mümkün qədər tez bərpa etməyə, bir-birinə siyasi iradə nümayiş etdirməyə və hərtərəfli, davamlı və məcburi sülh sazişinə nail olmaq üçün BMT Nizamnaməsinin prinsiplərinə tam uyğun olaraq münaqişənin köklü səbəblərini aradan qaldırmağa çağırırıq.
Onun sözlərinə görə, Pekin, Çin prezidenti Si Cinpinin təklif etdiyi Dörd Prinsipi rəhbər tutaraq Ukrayna məsələsində obyektiv və qərəzsiz mövqe tutur:
"Biz Rusiya və Ukrayna da daxil olmaqla bütün tərəflərlə əlaqə saxlayır və sülh danışıqlarını yorulmadan təşviq edirik. Çin beynəlxalq ictimaiyyətlə birlikdə böhranın siyasi həllində konstruktiv rol oynamağa davam etməyə hazırdır".
Şeyda












































