Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail hava bombaları istehsal edəcək

İsrail hava bombaları istehsal edəcək


İsrail ABŞ-dan silah təchizatından asılılığını aradan qaldırmaq üçün iki il ərzində JDAM idarə olunan hava bombalarının yerli kütləvi istehsalını qurmağı planlaşdırır.

Newscenter.az xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 2024-cü ildə İsrail o vaxtkı müdafiə naziri Yoav Qallantın əmri ilə öz bombalarının istehsalını artırmağa başlayıb. Bu qərara Bayden administrasiyasının həmin ilin may ayında İsrailə müəyyən silah satışlarına qismən embarqo tətbiq etməsi səbəb olub. Bir neçə onilliklər ərzində yəhudi dövləti bu silahlar üçün ABŞ-a güvənib.

İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baramın sözlərinə görə, nazirlik son zamanlar hava bombalarının istehsalına diqqət yetirir:

"Hazırda istənilən ssenariyə hazır olmaq üçün bütün istifadə olunmuş sursatları doldurmaq üzərində işləyirik. İran əməliyyatından əvvəl İsraildə istehsal xətlərini genişləndirmək və sürətləndirmək üçün verdiyimiz qərarlar istehsal templərini yeni səviyyəyə qaldırmağa imkan verəcək".

Anar
Xəbəri paylaş