
Qaszaxıstan neft hasilatını müvəqqəti olaraq azaldıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Energetika Nazirliyi yayıb. Nazirlik buna səbəb kimi, Xəzər Neft Şirkətinin (XKN) obyektlərində yükləmənin dayandırılmasını göstərib.
Nazirlik qeyd edib ki, Qazaxıstan tərəfi neft ixracını bərpa etmək üçün XKN rəhbərliyi ilə daim əlaqə saxlayır.
Nazirlik həmçinin gəmilərin təhlükəsizliyini təmin etmək üçün də XKN dəniz terminalında yükləmə əməliyyatlarının müvəqqəti olaraq dayandırıldığını bildirib.
Anar












































