Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə internet istifadəçilərinin 90%-i WhatsApp-dan istifadə edir

Türkiyədə internet istifadəçilərinin 90%-i WhatsApp-dan istifadə edir


Türkiyədə internet istifadəçilərinin 90%-i WhatsApp-dan istifadə edir.

Newscenter.az Türkiyə Statistika İnstituna istinadən bildirir ki, ən çox istifadə edilən sosial media və mesajlaşma tətbiqləri WhatsApp-ın 90%-i, YouTube-un 77,6%-i və Instagram-ın 71,1%-i kimi qeydə alııb. Kişilərin WhatsApp-dan ən çox 92,5%, YouTube-un 80,1%-i və Instagram-ın 71,9%-i, qadınların isə WhatsApp-dan ən çox 87,6%, YouTube-un 75%-i və Instagram-ın 70,2%-i istifadə etdiyi müəyyən edilib.

İnternet istifadəçiləri tərəfindən istifadə edilən internetə qoşulmuş sistem və cihazların növləri prioritet sırasına görə internetə qoşulmuş televizorlar (62%), "robot tozsoranlar, soyuducular, sobalar və qəhvə dəmləyiciləri kimi internetə qoşulmuş məişət texnikası" (18,6%) və "ağıllı saatlar, internetə qoşulmuş idman/müqavimət bantları, eynəklər və ya qulaqlıqlar, təhlükəsizlik izləmə cihazları, internetə qoşulmuş aksesuarlar və internetə qoşulmuş geyim və ya ayaqqabılar" (16,7%) kimi müəyyən olunub.

Son 3 ayda internetdən istifadə edən şəxslər mobil telefon, smartfon, planşet, noutbuk və ya masaüstü kompüter aldıqda, onların nəzərdən keçirdiyi ən vacib xüsusiyyətlər prioritet sırasına görə qiymət (89,3%), aparat xüsusiyyətləri (74,7%), enerji səmərəliliyi (69,9%) və marka, dizayn və ya ölçü (69,5%) idi.

Süleyman
Xəbəri paylaş