Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb


Azərbaycanda Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Prezident sosial şəbəkə hesabında qeyd edib.

"20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi", - deyə paylaşımda qeyd edilib.

Anar
Xəbəri paylaş