Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ bizim üçün həm tarix, həm qürur, həm də gələcəyə açılan böyük bir ümiddir

Qarabağ bizim üçün həm tarix, həm qürur, həm də gələcəyə açılan böyük bir ümiddir


"Xankəndi sadəcə bir şəhər deyil. O, Qarabağın tarixi yaddaşının, mədəni zənginliyinin və təbiət gözəlliklərinin qovuşduğu xüsusi bir məkandır. Şəhərin küçələri ilə addımladıqca burada keçmişin izləri ilə bu günün reallığının bir araya gəldiyinin şahidi olduq.

Xüsusilə şəhərin təbiəti, dağlarla əhatələnən mənzərəsi, sakitliyi və özünəməxsus memarlıq siması Xankəndini daha da fərqli və unudulmaz edir. Bir neçə gün ərzində şəhəri başdan-ayağa gəzmək, onun hər bir guşəsini görmək, Qarabağın bu incisini yaxından tanımaq böyük təəssürat və qürur hissi yaratdı".

Newscenter.az xəbər verir ki, bunları Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov deyib. O qeyd edib ki, Qarabağ səfərimiz çərçivəsində öz rəngarəngliyi, füsunkar gözəlliyi və qədim tarixi ilə bizi valeh edən Xankəndidə bir neçə gün qalmaq, şəhəri addım-addım gəzmək və onun hər küçəsində, hər guşəsində yaşanan tarixin izlərini yaxından hiss etmək bizə nəsib oldu:

"Bu səfər bizim üçün yalnız bir səyahət deyildi. Bu, tariximizin, milli yaddaşımızın və Qarabağımızın bugünkü reallıqlarının canlı şəkildə hiss edildiyi, hər addımında ayrı bir duyğu yaşadığımız xüsusi bir yolçuluq oldu.

Xankəndidə keçirdiyimiz günlər yaddaşımızda xoş və unudulmaz xatirələrlə qalacaq. Qarabağın hər guşəsində olduğu kimi, Xankəndidə də Azərbaycanın tarixi, mədəniyyəti və gələcəyə olan inamı özünü aydın şəkildə göstərir".

Məcid Məmmədov bildirib ki, Qarabağ bizim üçün həm tarix, həm qürur, həm də gələcəyə açılan böyük bir ümiddir:

"Xankəndidən ayrılarkən isə bu gözəl şəhərin yaddaşımızda buraxdığı təəssürat bir daha göstərdi ki, Qarabağın hər qarışı bizim üçün nə qədər əziz və qiymətlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad məkanıarı cənnət olsun".

Süleyman
Xəbəri paylaş