Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucarda ağır yol qəzasında iki nəfər ölüb

Ucarda ağır yol qəzasında iki nəfər ölüb


Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, "Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford Transit" markalı nəqliyyat vasitəsilə "KamAZ" markalı yük maşını toqquşub.

Hadisə nəticəsində Mirzəyev Elnur Elman oğlu və kimliyi hələ məlum olmayan digər şəxs ölüb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş