
“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu çərçivəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə bir sıra nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.
Newscenter.az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Baş İdarəsinin sədri Mehmet Daniş, Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Wajiha Qamar, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov ilə keçirilən görüşlər zamanı müasir informasiya mühitində sürətlə dəyişən kommunikasiya tendensiyalarının media institutları arasında daha sıx əməkdaşlığı və davamlı təcrübə mübadiləsini zəruri etdiyi vurğulanıb. Bu baxımdan media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif formatlarda birgə layihələrin təşviqinin əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, qlobal informasiya məkanında etimadın qorunması, media savadlılığı, dezinformasiyanın təsirlərinin azaldılması, media məzmununun keyfiyyətinin yüksəldilməsi və rəqəmsal platformaların yaratdığı yeni çağırışlara uyğun yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman











































