Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevdə ictimai nəqliyyatın fəaliyyəti dayanıb

Kiyevdə ictimai nəqliyyatın fəaliyyəti dayanıb


Kiyev hakimiyyəti paytaxtdakı Cənub körpüsündə nəqliyyatın hərəkətinin bağlanması barədə əmr verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün Telegram kanalında məlumat verib.

"Hazırda Cənub Körpüsündə metro və yerüstü ictimai nəqliyyat xidməti dayandırılıb", - deyə o yazıb.

Onun sözlərinə görə, partlayışlardan sonra "Kiyevavtodormost" mütəxəssisləri konstruksiyanı yoxlayırlar. Kliçko həmçinin əlavə edib ki, partlayışlar körpünün dayaq konstruksiyasının yaxınlığında baş verib.

Daha əvvəl körpüdə partlayışlar və ardınca yanğın baş verdiyi barədə məlumatlar yayılmışdı.

Anar
Xəbəri paylaş