Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzər dənizində 48 brakonyerlik faktının qarşısı alınıb

Xəzər dənizində 48 brakonyerlik faktının qarşısı alınıb


Son bir ay ərzində sərhəd bölgəsində Qazaxıstan qanunlarını pozduğuna görə 4138 nəfər saxlanılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Bildirilib ki, sərhəd pozucularından 3502-si xarici vətəndaşdır.

Bundan əlavə, sərhəddən 2,5 milyard tenge məbləğində mal və yüklərin qanunsuz daşınması ilə bağlı 1598 faktın qarşısı alınıb. Bunlardan 37 fakt narkotik, 62 fakt silah və sursat, 816 fakt yanacaq, 549 fakt istehlak malları və 134 fakt xarici valyuta ilə bağlıdır.

Bundan başqa hesabat dövründə Xəzər dənizində 48 brakonyerlik faktının qarşısı alınıb, 41,7 km brakonyerlik avadanlığı, eləcə də 145 ədəd (840 kq) nərə balığı müsadirə edilib. Qarşısı alınan ziyanın məbləği 350 milyon tengedən çox olub.

Süleyman
Xəbəri paylaş