Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Macarıstan səfirliyinin işçilərini ölkıdən çıxarır

Rusiya Macarıstan səfirliyinin işçilərini ölkıdən çıxarır


Macarıstanın Rusiyadakı müvəqqəti işlər vəkili Qabor Gergiç Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, ona cavab olaraq Moskvadakı Macarıstan səfirliyinin, Sankt-Peterburq və Kazandakı Macarıstan Baş konsulluqlarının bir qrup əməkdaşının Rusiya Federasiyasını tərk etməli olduğu bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, diplomatik nümayəndəliyin rəhbəri Macarıstan hakimiyyətinin 8 sentyabr 2026-cı il tarixində bir sıra Rusiya diplomatik işçilərinin ölkəni tərk etməsi ilə bağlı əsassız və açıq düşmənçilik tələbinə qarşı sərt etiraz bildirib.

Rusiya XİN, "Macarıstan diplomatına cavab olaraq Moskvadakı Macarıstan səfirliyinin və Sankt-Peterburq və Kazandakı Macarıstan Baş Konsulluqlarının bir qrup əməkdaşının iki həftə ərzində Rusiya Federasiyasını tərk etməsi tələb olunur",-deyə bildirib.

Anar
Xəbəri paylaş