Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan ABŞ-ın İran əleyhinə sanksiyalarına qoşulacaq

Ermənistan ABŞ-ın İran əleyhinə sanksiyalarına qoşulacaq



"Respublikanın özünə təhlükə yaranacağı təqdirdə, Yerevan İrana qarşı ABŞ sanksiyalarına qoşula bilər".

Newscenter.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Biz sanksiyalar paketini öyrənirik. Bütün tərəfdaşlarımızla çox şəffafıq. Xüsusilə dost ölkələrlə dost olmaq üçün əlimizdən gələni edəcəyimizi deyirik. Amma keçə bilməyəcəyimiz bir xətt var. Bu xətt, Ermənistanın özünün sanksiyalara məruz qala biləcəyi riskidir. Yəni, Ermənistanın sanksiyalara məruz qalma riski yaranana qədər dostluğa sadiq qalacağıq. Amma özümüzü sanksiyalara məruz görsək, nə edəcəyimiz barədə qərar verməli olacağıq", - deyə Ermənistanın baş naziri jurnalistlərlə söhbətində deyib.

ABŞ əvvəllər yeni məhdudlaşdırıcı tədbirlər paketinin bir hissəsi olaraq İran aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiyalar həmçinin ABŞ hakimiyyət orqanlarının məlumatına görə, İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətləri və vasitəçiləri də hədəfə almışdı.

Anar
Xəbəri paylaş