Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə dünya turizm gəlirləri reytinqində yüksəlir

Türkiyə dünya turizm gəlirləri reytinqində yüksəlir


Türkiyənin gələn il turizm gəlirləri üzrə reytinqdə yüksələrək ən yüksək gəlirə malik 6-cı ölkə olacağı gözlənilir.

Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir Türkiyənin 2027-2029-cu illərdə ən çox turist cəlb edən ölkələrin reytinqində hazırkı 4-cü mövqeyini qoruyub saxlayacağı proqnozlaşdırılır.

Məlumata görə, bu il büdcədə turizmin inkişafı proqramına 9 milyard 339 milyon 479 min türk lirəsi ayrılıb. 2027-ci il üçün isə bu məbləğin 12 milyard 121 milyon 204 min türk lirəsi olaraq planlaşdırılır.

Dünya Turizm Təşkilatı tərəfindən dərc edilən beynəlxalq turizm gəlirləri məlumatlarına görə, Türkiyənin bu il dünya reytinqində 7-ci yerdə başa vuracağı təxmin edilir.

Keçən il Türkiyə 65,2 milyard dollarlıq turizm gəliri ilə rekord qırıb və 2026-cı il üçün hədəf 68 milyard dollar olaraq müəyyən edilib.

Süleyman
Xəbəri paylaş