
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Türkiyə-Azərbaycan Dostluq Konserti” təşkil olunub.

Newscenter.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə türk fleyta sənətçisi Lelya Bayramoğulları və Azərbaycanlı pianoçu Nermin İsgəndərova iştirak ediblər. Onların birgə çıxışı iki ölkə arasında dərin köklərə malik dostluq və qardaşlığı incəsənət vasitəsilə əks etdirirdi.

Proqramla bağlı fikirlərini bildirən Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin koordinatoru Gökhan Seyhan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ortaq tarix və mədəni dəyərlərlı bağlı olduğunu bildirib və bu əlaqələrin möhkəmləndirilməsində incəsənətin mühüm rolunu vurğulayıb.

Yunus Əmrə İnstitutunun mədəni diplomatiya fəaliyyətlərinin bir hissəsi olaraq keçirilən konsert, Türkiyə ilə Azərbaycan arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi və iki qardaş ölkə arasında mehribanlıq bağlarının möhkəmləndirilməsi üçün əhəmiyyətli bir toplantı kimi diqqət çəkib.

Süleyman











































