Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı təhlükəli oyunlar qurulur

Azərbaycana qarşı təhlükəli oyunlar qurulur


"Son aylarda Azərbaycana qarşı istər qardaş Türkiyədə, istər qonşu İranda, istərsə də Rusiyada, eyni zamanda Avropanın müxtəlif ölkələrində başlanan kampaniya eyni mərkəzdən idarə olunur. Azərbaycana yönəlik təxribatların konkret bir ölkə ilə bağlı olduğunu söyləmək doğru olmazdı. Sadəcə adlarını qeyd etdiyim ölkələrdəki bəzi dairələr Azərbaycana qarşı məkirli plan quran qlobal güclərin yerlərdəki oyunçularıdırlar".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O Bakıya qarşı qurulan məkirli planın səbəblərindən də danışıb:

"Azərbaycanın artan regional və qlobal gücü, dünyadakı mövqeyi ölkəmizə qarşı bir qayda olaraq düşmən mövqedə dayanan xarici dairələri rahatsız edir. Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra həmin dairələrin narahatlığı özünü daha qabarıq şəkildə büruzə verir. Müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq onu Cənubi Qafqazın əsl söz sahibinə çevirib. İndi hansısa xarici güc, qüvvə, dövlət Cənubi Qafqaza birbaşa müdaxilə edə bilmir, region ölkələri ilə əməkdaşlıq qurmaq üçün ilk növbədə Bakı ilə məsləhətləşməli olur. Bu reallığı isə bir çoxları qəbul etmək istəmirlər. Ona görə də Azərbaycan dövləti və onun rəhbərliyinə qarşı çirkin oyunlara start verilib. Təəssüflər olsun ki, bu oyunda Türkiyədə olan bəzi qüvvələr də iştirakçı qismində çıxış edir. Bu isə bizi çox narahat edir".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, indiyə qədər baş verən bütün təxribatlar, oyunlar kimi bunu da Azərbaycan dövləti və xalqı birlik, bərabərlik şəklində dəf edəcək, başladığı uğurlu yolu davam etdirəcək.

Süleyman
Xəbəri paylaş