Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY təyyarəsi türbülansa girdi, yaralılar var

THY təyyarəsi türbülansa girdi, yaralılar var


Türk Hava Yollarının (THY) İstanbul-Taypey arasında TK24 reysi ilə uçan təyyarəsinin türbülansa girməsi nəticəsində 4-ü sərnişin və 2-si kabin heyəti olmaqla 6 nəfər yüngül xəsarət alıb.

Newscenter.az THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından verdiyi açıqlamada dünən gecə İstanbuldan havaya qalxaraq Tayvanın paytaxtı Taypeyə gedən təyyarənin əlverişsiz hava şəraiti səbəbindən enişinə 2 saat qalmış turbulansa məruz qaldığını açıqlayıb.

Təyyarənin heç bir problem olmadan Taipei Songshan hava limanına endiyini bildirən Üstün, hadisə nəticəsində 4 sərnişin və 2 uçuş heyəti üzvü olan 6 nəfərin yüngül xəsarət aldığını bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş