Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanada Kiyevə 80 mindən çox raket mühərriki, döyüş başlığı və atıcı silah göndərəcək

Kanada Kiyevə 80 mindən çox raket mühərriki, döyüş başlığı və atıcı silah göndərəcək


Kanada Ukraynaya CRV-7 idarə olunmayan təyyarə raketləri üçün 80,8 mindən çox mühərrik, o cümlədən Kanada Silahlı Qüvvələri tərəfindən əvvəllər istismardan çıxarılanlar və onlar üçün 1,3 min döyüş başlığı verəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyer məlumat verib.

Bundan əlavə, Ottava Kiyevə 970 pulemyot və 10,5 min tapança, həmçinin Kanada ordusu tərəfindən istismardan çıxarılan M113 və Coyote LAV zirehli transportyorlarının hissələri təhvil verəcək.

Yardımın ilk partiyası artıq göndərilməyə hazırlanır və Polşa vasitəsilə Ukraynaya çatdırılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş