Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa edib

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa edib


Texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alfa" yatağında hasilat yanvarın 18-i axşam saatlarında bərpa edilib.

Bu barədə Newscenter.az-a "Şahdəniz" yatağının operatoru olan BP-dən bildiriblər.

Məlumata görə, kondensat ixracı üçün platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində yaranmış texniki problem tamamilə aradan qaldırılıb.

BP-nin Şahdəniz yatağı üzrə regional hasilat meneceri Ceyms Dunbar "AnewZ"ə açıqlamasında deyib:

“Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları hazırda tədricən gücləndirilir və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır. Biz SOCAR və digər tərəfdaşlarla yaxından işləməyə davam edir, planlarımızı və fəaliyyətimizi onlarla əlaqələndiririk”.

Qeyd edək ki, hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi.

Mehman Mehdiyev
Xəbəri paylaş