Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan polisi növbəti dəfə uğursuz formada hədəfə gətirilməyə çalışılır

Azərbaycan polisi növbəti dəfə uğursuz formada hədəfə gətirilməyə çalışılır


"İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin siyasiləşdirilməsi, bu insidentin Azərbaycan polisinin şərəfli fəaliyyətinə kölgə salınması məqsədilə istifadə etməyə çalışılması yolverilməzdir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili bildirib ki, ortada hansısa qəsd, yaxud özbaşınalıqdan söhbət getmir, heç kim bu cür faciənin yaşanmasını arzu etməyib:

"Üstəlik, hadisə baş verdiyi andan aidiyyəti strukturlar səfərbər edilib. Hazırda İmişli Rayon Prokurorluğunda ehtiyatsızlıqdan iki şəxsin ölümünə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulması şübhəsi üzrə cinayət işi başlanıb, cinayət prosesi heç bir amil, o cümlədən qulluq mövqeyindən asılı olmayaraq hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir".

Bəhruz Məhərrəmov hesab edir ki, belə bir situasiyada bəzi ünsürlərin insidenti polis özbaşınalığı kimi qələmə verməklə vəziyyəti məqsədli şəkildə gərginləşdirmək cəhdləri birmənalı şəkildə ictimai qayda, ictimai təhlükəsizlik və cəmiyyətdə birliyi pozmağa yönəlib:

"Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki mindən artıq şəhid vermiş, milli dövlətçiliyin əsas sütunlarından biri olan mübariz

Azərbaycan polisi də növbəti dəfə məhz bu məqsədlə uğursuz formada hədəfə gətirilməyə çalışılır. Lakin hər kəs əmin ola bilər ki, milli birliyi pozmağa yönələn, qarşıdurmaya təşviq edən bütün cəhdlərin qarşısı həm vətəndaşlar, həm də aidiyyəti strukturlar tərəfindən alınaraq vəhdətimizin pozulmasına imkan verilməyəcək".

Süleyman
Xəbəri paylaş